Karantin rejiminin pozulmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur - RƏSMİ

Karantin rejiminin pozulmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Maska və sosial məsafə karantin rejiminin ən mühüm elementidir.
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:
“Qapalı yerlərdə maskadan istifadə olunmamasına görə inzibati məsuliyyətin tətbiq edilməsi mümkündür”.
S.Xankişiyeva
887