TƏBİB: Bu ilin sonuna qədər karantin rejimi davam edə bilər

Ən azı bu ilin sonuna qədər karantin rejimi davam edəcək. Ola bilsin biz tədricən bundan çıxacağıq, ancaq müəyyən qaydalar tətbiq olunmaqda davam edəcək.
1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, əgər karantin rejiminin daha tez yumşaldılmasını istəyiriksə, qaydalara əməl etməliyik.
"Beynəlxalq təcrübəyə baxsaq görərik ki, ölkələr sərt karantin rejimindən daha çox, vətəndaşları bu virusla birgə yaşamağa öyrəşdirirlər. Görülən tədbirlərə baxmayaraq bu virus bizim aramızda qalmaqda davam edəcək”.
R.Bayramlı vurğulayıb ki, virusun tam aradan qalxması üçün bunun vaksini tapılmalıdır və bu, hələki tapılmayıb: “Ona görə də virus aramızda qalmaqda davam edəcək. Bunun üçün biz kontrollu həyat şəraitinə davam etməliyik”.
S.Xankişiyeva