Azərbaycanda 8 gün qeyri-iş günü olacaq – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 8 gün qeyri-iş günü olacaq – RƏSMİ

19:43 - 15 / 05 / 2020
Azərbaycanda 8 gün qeyri-iş günü olacaq – RƏSMİ

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Müəyyən edilib ki, bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır.

Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

S.Xankişiyeva

 

Paylaş:
1220

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər