Azərbaycan vətəndaşlarına şad xəbər: bu qadağa ləğv edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan vətəndaşlarına şad xəbər: bu qadağa ləğv edildi

14:19 - 16 / 05 / 2020
Azərbaycan vətəndaşlarına şad xəbər: bu qadağa ləğv edildi

Türkiyə hökuməti Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycanla yanaşı, daha 30 ölkənin vətəndaşına Türkiyəyə müalicə məqsədi ilə gəlmək icazəsi verilib. Bu ölkələr sırasında Böyük Britaniya, Almaniya, Rusiya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələr yer alıb.

Qaydalara əsasən, xəstə ilə yanaşı, bir nəfər də sərhədi keçə bilər.

Bununla belə, Türkiyəyə yalnız koronavirus testi mənfi nəticələnmiş xəstələr və yaxınları buraxılacaq.

1news.az

Paylaş:
781

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər