Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxdu - 58 nəfər sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxdu - 58 nəfər sağaldı

15:30 - 16 / 05 / 2020
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxdu - 58 nəfər sağaldı

Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə 1news.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226.005 test aparılıb.

1news.az

Paylaş:
829

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər