Bakıda avtomobildən külli miqdarda pul oğurlandı

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.
1news.az xəbər verir ki, hadisə mayın 14-də Nəsimi rayonu "28 May" küçəsində baş verib. Bakı şəhər sakini F.Məmmədova məxsus "Mercedes" markalı avtomobildən 36 min dollar pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini, əvvəllər zorlamaya görə məhkum olunan Alqayıt Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
533