Daha 1720 sürücü cərimələndi - Karantin rejimini pozduğuna görə | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 1720 sürücü cərimələndi - Karantin rejimini pozduğuna görə

14:34 - 18 / 05 / 2020
Daha 1720 sürücü cərimələndi - Karantin rejimini pozduğuna görə

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.05.2020-ci il saat 00:00-dan 18.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 720 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumatda bildirilir ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 55678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər