Bakıda polis əməliyyat keçirdi, narkotik alverçiləri yaxalandılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis əməliyyat keçirdi, narkotik alverçiləri yaxalandılar

18:46 - 18 / 05 / 2020
Bakıda polis əməliyyat keçirdi, narkotik alverçiləri yaxalandılar

Bakıda narkotik maddə alveri ilə məşğul olan şəxslər saxlanılıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, 1986-cı il təvəllüdlü Mehman Quliyev tutulub. Üzərinə baxış keçirilərkən ondan 0,327 qram marixuana aşkar edilərək götürülüb.

Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşları tərəfindən 1991-ci il təvəllüdlü Elçin Ağayev saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 0, 41 qram metamfetamin, 6 bükümdə olan 0,431 qram heroin götürülüb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini 1983-cü il təvəllüdlü İbrahim Abbasov saxlanılıb. Onun evinin həyətində avrotexniki qaydalarla qulluq olunmuş 4 ədəd çətənə kolu aşkar edilib.

1news.az

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər