Bu günün statistikası: 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.
1news.az-ın verdiyi xəbərə görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Y.Qarayeva qeyd edib ki, hazırda 3387 ümumi yoluxan var:
“Bu günə qədər 235 910 test edilib”.
S.Xankişiyeva
709