Bakı meri sakinləri maska taxmağa çağırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı meri sakinləri maska taxmağa çağırıb

17:31 - 18 / 05 / 2020
Bakı meri sakinləri maska taxmağa çağırıb

“Aparılan işlərə baxmayaraq, vətəndaşlar tibbi maskadan istifadə etməsələr, sosial məsafəni saxlamasalar, koronavirusa yoluxmada ikinci dalğadan özümüzü qoruya bilməyəcəyik”.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov deyib ki, dünən ictimai nəqliyyatda bir şəkil çəkilib: “Bakıda avtobusda çəkilən şəkildə bir nəfər belə maska taxmayıb. Bakı sakinlərinə müraciət edirəm ki, qaydalara riayət edək”.

S.Xankişiyeva

 

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər