Məscidlərdə bayram namazı qılmağa icazə verilir? - Nazirlər Kabineti | 1news.az | Xəbərlər
Cəmiyyət

Məscidlərdə bayram namazı qılmağa icazə verilir? - Nazirlər Kabineti

18:14 - 18 / 05 / 2020
Məscidlərdə bayram namazı qılmağa icazə verilir? - Nazirlər Kabineti

Məscidlərdə kütləvi şəkildə dini tədbirlərin keçirilməsi, bayram namazlarının qılınması ilə bağlı bu günə heç bir qərar yoxdur.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Növbəti həftə vəziyyətin necə olacağı məlum deyil. Hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır. Hazırkı imkanlarımız bugünkü vəziyyəti idarə etməyə imkan verir. Əgər yoluxma artarsa, yenidən sərtləşmə ola bilər”.

S.Xankişiyeva

 

 

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər