Bakı, Sumqayıt və Abşeronda xüsusi polis postları ləğv edildi - RƏSMİ

"Xüsusi karantin rejiminin yumşaldılması ilə Bakıda quraşdırılmış xüsusi polis postları da fəaliyyərini dayandırıb".
1news.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov məlumat verib.
DİN rəsmisi qeyd edib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər:
"Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər. Bu işlər gücləndirilmiş variantda davam etdirilir”.
Qafar Ağayev
1030