Bu ailələrə də ünvanlı sosial yardım veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ailələrə də ünvanlı sosial yardım veriləcək

11:04 - 18 / 05 / 2020
Bu ailələrə də ünvanlı sosial yardım veriləcək

Azərbaycanda ünvanlı dövlət sosial yardımı almaq hüququ verilən kateqoriyaların sayı artırılır.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.

Bu dəyişikliyə əsasən, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması da ailəyə sosial yardım almaq hüququ verəcək.

1news.az 

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər