Azərbaycanda işəgötürənlər üçün yeni tələb müəyyən edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda işəgötürənlər üçün yeni tələb müəyyən edilir

17:54 - 19 / 05 / 2020
Azərbaycanda işəgötürənlər üçün yeni tələb müəyyən edilir

Azərbaycanda əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş şəxslərlə bağlı işəgötürənlər üçün yeni tələb qoyulur.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məşğulluq haqqında" qanuna əlavə edilən yeni maddədə deyilir.

Bu əlavəyə əsasən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər