Magistraturaya ixtisas seçimi bu tarixdə aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya ixtisas seçimi bu tarixdə aparılacaq

15:19 - 20 / 05 / 2020
Magistraturaya ixtisas seçimi bu tarixdə aparılacaq

Magistraturaya ixtisas seçimi iyulun sonu-avqustda aparılacaq.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

Onun sözlərinə görə, hazırda magistraturaya ixtisas seçiminin aparılması ilə bağlı ali təhsil müəssisələri ilə də danışıqlar aparılır. Bu barədə yaxın günlərdə açıqlama veriləcək.

DİM rəsmisi qeyd edib ki, bu il ali məktəblərə qəbul imtahanı bir dəfə keçiriləcək.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər