Azərbaycanda yaşayan miqrantlardan koronavirusa yoluxan var

Azərbaycanda yaşayan miqrantlar arasında koronavirusa yoluxma halları var.
1news.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə məlumatlar daxil olub:
“Həmin şəxslərin sayı barədə dəqiq məlumat deyə bilmərəm. Amma belə bir fakt var. Həmin əcnəbilərdən karantinə yerləşdirilənlər də, koronavirusa yoluxanlar da var”.
1news.az
683