İmişlinin yeni İcra başçısı Elçin Rzayev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1news.az xəbər verir ki, E.Rzayev bu təyinata qədər sıra dövlət vəzifələrində çalışıb. Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra E.Rzayev rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edib.
Qısa vaxtdan sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyinat alıb.
Qafar Ağayev
4828