Ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb

17:52 - 21 / 05 / 2020
Ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb

Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb.

1news.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub.

1news.az

Paylaş:
2721

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər