Milli parklar bu tarixdən ziyarətçilər üçün açıla bilər

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, iyunun 1-dən milli parklar ziyarətçilər üçün açılacaq.
1news.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Nazir xatırladıb ki, mart ayından - karantin tədbirləri tətbiq olunduğu vaxtdan Milli parklar ziyarətçilər üçün bağlanıb.
1news.az
599