Azərbaycanda daha bir tibb işçisi koronavirusdan ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha bir tibb işçisi koronavirusdan ölüb

17:13 - 22 / 05 / 2020
Azərbaycanda daha bir tibb işçisi koronavirusdan ölüb

1962-ci il təvəllüdlü tibb işçisi bu gün vəfat edib.

1news.az-ın verdiyi xəbərə görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Ramin Bayramlı qeyd edib ki, onun başqa xəstəliyi də olub:

“Aprelin 30-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı və süni nəfəs aparatına qoşulmuşdu. Yanaşı xəstəlikləri ilə əlaqədar vəziyyəti ağırlaşdı və bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

S.Xankişiyeva

 

 

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər