TƏBİB maska ilə bağlı yenə xəbərdarlıq etdi

Açıq havada fəaliyyət göstərən kafe və restoranların iş qrafiki bağlı məhudiyyət qüvvədədir. Qərarın dəyişməsi epidemioloji vəziyyətin gedişatından asılı olacaq.
1news.az-ın verdiyi xəbərə görə, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Qapalı məkanlarda tibbi maskaların taxılması məcburidir və buna əməl etməyənlər cərimə olunacaq. Açıq havada isə maskalardan istifadə tövsiyə xarakterlidir. Amma haradasa açıq havada növbə olarsa, orada da tibbi maska taxmaq məcburi olacaq”.
S.Xankişiyeva
897