ÜST rəsmisi: Azərbaycan yeni hazırlanan testlər almağa çalışır | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST rəsmisi: Azərbaycan yeni hazırlanan testlər almağa çalışır

10:11 - 22 / 05 / 2020
ÜST rəsmisi: Azərbaycan yeni hazırlanan testlər almağa çalışır

Azərbaycan yeni hazırlanan testlər almağa çalışır.

1news.az xəbər verir ki, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti hər zaman yeni, keyfiyyətli testlər alır. İndiyədək koronavirusun aşkarlanması üçün PSR testlər aparılır:

"Hazırda streoloji testlər hazırlanır. Bu testlər müəyyən edir ki, xəstəliyi keçirdiniz ya yox. Azərbaycan da həmin yeni testləri almağa çalışır. Bunun nəticəsində nə qədər insanın xəstəliyə yoluxduğu məlum olacaq".

Hande Harmancı əlavə edib ki, karantin rejimi yumşaldıqdan sonra xəstə sayı artır, amma bunun yeni dalğa olub-olmamasını geriyə baxdıqda görmək olar.

Qafar Ağayev 

Paylaş:
513

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər