Arvadını liftdə öldürən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Arvadını liftdə öldürən şəxs saxlanılıb

11:05 - 22 / 05 / 2020
Arvadını liftdə öldürən şəxs saxlanılıb

Bakıda həyat yoldaşını liftdə qətlə yetirən şəxs saxlanılıb.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 1-də baş verib. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu həmin küçədəki binanın liftində həyat yoldaşı Əsgərova Könül Nadir qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H.Əsgərov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Qafar Ağayev

Paylaş:
532

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər