Oğuzda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı

11:21 - 22 / 05 / 2020
Oğuzda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı

Oğuz rayonunda bir gün əvvəl itkin düşən azyaşlının meyiti tapılıb.

1news.az-ın məlumatına görə, hadisə mayın 21-də baş verib. Rayon sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. Azyaşlının meyiti parçalanmış vəziyyətdə tapılıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Hazırda uşağın meyiti üzərində zorakılıq əlamətlərinin olub-olmadığı və qətl versiyası araşdırılır. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
1138

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər