Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

11:54 - 22 / 05 / 2020
Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. 

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

1news.az

Paylaş:
526

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər