Bakıda güclü külək əsir: sürət 20 m/s – FAKTİKİ HAVA

Mayın 23-ü saat 16:00-a olan məlumata əsasən, respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.
Bu barədə 1news.az-a ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, küləyin maksimal sürəti Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Tərtərdə 25 m/s, Xaçmaz, Ağstafada 20 m/s, Yardımlıda 16 m/s, Bakıda 20 m/s olub.
S.Xankişiyeva
761