Şahin Seyidzadə seçiciləri ilə onlayn görüş keçirib – FOTO

Milli Məclisin deputatı Şahin Seyidzadə 50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçiciləri ilə növbəti onlayn qəbul keçirib.
1news.az-ın verdiyi xəbərə görə, karantin dövrünün şərtləri nəzərə alınaraq seçicilərin müraciətləri əsasında onlayn zənglər ilə bu gün 10 vətəndaşın qəbulunu həyata keçirilib.
Abşeron (Qobu, Hökməli, Atyalı qəsəbələri) və Qobustan (Qobustan şəhəri, Təklə Mirzəbaba kəndi) rayonlarından məşğulluq, hüquq, torpaq, idman və sağlamlıq sahələri üzrə müraciət edən seçicilər qəbul edilib.
Gün ərzində keçirilən görüşlərdə vətəndaşların müraciət etdiyi mövzular ilkin olaraq dinlənilərək müvafiq sənədlər qəbul edilib, növbəti addımlarla bağlı istiqamətlər verilib.
S.Xankişiyeva
1414