Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib

20:35 - 23 / 05 / 2020
Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

1news.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabineti bununla bağlı " “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən  iyulun 1-dək uzadılıb.

S.Xankişiyeva

 

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər