Şamaxının icra başçısı karantinə alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxının icra başçısı karantinə alındı

14:21 - 25 / 05 / 2020
Şamaxının icra başçısı karantinə alındı

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

1news.az

Paylaş:
801

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər