Bu gündən muzey və qoruqlarda “açıq qapı” günləri başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən muzey və qoruqlarda “açıq qapı” günləri başlayır

16:20 - 25 / 05 / 2020
Bu gündən muzey və qoruqlarda “açıq qapı” günləri başlayır

Bu gündən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri başlayır.

1news.az-ın məlumatına görə, 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

1news.az

Paylaş:
821

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər