Şamaxının icra başçısının karantinə alınmasına RƏSMİ CAVAB

Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı 1 əməkdaşda testin nəticəsi müsbət olub. Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib.
Bu barədə 1news.az-a Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat veriblər. Məlumata görə, qurumun digər əməkdaşları Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən online şəkildə işlərini davam etdirirlər.
Qeyd edək ki, bu gün mətbuatda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşlarının hazırda izolyasiya qaydalarına uyğun olaraq karantində olmaları ilə bağlı məlumat yayılıb.
1news.az