Səməd Tomuyev: Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Səməd Tomuyev: Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir

12:25 - 25 / 05 / 2020
Səməd Tomuyev: Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə olduğu kimi Gəncədə də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarəti ilə müvafiq tədbirlər görülür. Şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları davam etdirilir.

Bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  birinci müavini Səməd Tomuyev “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçirilən videokonfransda bildirib.

Qeyd edək ki, videokonfrans Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə  reallaşıb.

1news.az

Paylaş:
1742

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər