Sumqayıtda dəhşətli qəzada ölənlərin adları məlum oldu - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda dəhşətli qəzada ölənlərin adları məlum oldu - SİYAHI

13:40 - 26 / 05 / 2020
Sumqayıtda dəhşətli qəzada ölənlərin adları məlum oldu - SİYAHI

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Sumqayıtda 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

1news.az xəbər verir ki, məlumatda deyilir:

"26 may 2020-ci il tarixdə, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər, “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər". 

Başqa bir xəbərə görə, bu gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Belə ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Mövzu ilə bağlı:

Sumqayıtda ağır qəza: 4 nəfər öldü, 1 yaralı var - YENİLƏNİB - FOTO

1news.az

Paylaş:
820

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər