McDonald’s Azərbaycan on minlərlə pulsuz yemək komplektləri ilə karantində olan insanları dəstəklədi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

McDonald’s Azərbaycan on minlərlə pulsuz yemək komplektləri ilə karantində olan insanları dəstəklədi - VİDEO

12:03 - 26 / 05 / 2020
McDonald’s Azərbaycan on minlərlə pulsuz yemək komplektləri ilə karantində olan insanları dəstəklədi - VİDEO

Mart ayının 25-dən may ayının 17-nə kimi McDonald’s Azərbaycan şirkəti tərəfindən karantində olan insanların yerləşdiyi bir sıra paytaxt obyektlərinə gündəlik olaraq burger, frenç frayz, içki və digər məhsullardan ibarət pulsuz yemək komplektləri göndərilib.

Qeyd olunan dövr ərzində 379,069 AZN məbləğinə ekvivalent olan 41,572 yemək komplekti ianə edilib.

Xeyirxah aksiyanın əsas məqsədi həyatının çətin mərhələsində olan  vətəndaşlarımıza  dəstək olmaq idi. McDonald’s tərəfindən təşkil edilmiş aksiya karantində yerləşən insanlar tərəfindən çoxlu sayda müsbət rəy alıb. Sevimli McDonald’s  brendindən hədiyyə alan bir çox insanlar sosial şəbəkələrdə pozitiv fotolarla və təşəkkür statusları ilə paylaşımlar etdilər.

McDonald’s Azərbaycan bütün səhiyyə, FHN əməkdaşlarına və Operativ Qərargahın nəzdindəki tibbi bölmələrin bütün əməkdaşlarına ölkənin rifahı, həmvətənlərimizin təhlükəsizliyi və sağlamlığı üçün gecə-gündüz qəhrəmancasına çalışan digər insanlara öz minnətdarlığını bildirir. Bu mürəkkəb zamanda həmrəylik və mənəvi dəstək hər bir vətəndaş üçün çox vacib amillərdəndir. Biz hər kəsə möhkəm can sağlığı arzu edirik və ümid edirik ki, hal-hazırda xəstəxanalarda və karantində olan insanlar ən yaxın zamanda öz evlərinə, doğmalarının yanına qayıdacaq.

1news.az

Paylaş:
764

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər