Sabah 29 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah 29 dərəcə isti olacaq

13:13 - 27 / 05 / 2020
Sabah 29 dərəcə isti olacaq

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda  gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi  rayonlarda  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 13-18, gündüz  30-35,  dağlarda gecə 9-14, gündüz  17-22 dərəcə isti olacaq.

S.Xankişiyeva

 

Paylaş:
483

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər