Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ

13:39 - 27 / 05 / 2020
Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, regionlarımızda avtobuslar və taksi minik avtomobillərinin salonlarında şəffaf arakəsmələrin quraşdırılması işi yekun mərhələsindədir:

"Regionlarda koronavirus epidemiyası əleyhinə zəruri tədbirlər barədə maarifləndirici və məlumat xarakterli aksiyalar davam edir. Sosial məsafənin qorunması, tibbi maskalardan və əlcəklərdən istifadə edilməsinin vacib olduğunu xatırladan məlumatlar dayanacaqlarda və avtobusların salonlarında sərnişinlərə təqdim edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbələri üzrə müfəttişləri sutkanın müxtəlif saatlarında dayanacaqlarda və avtobus salonlarında sərnişinləri lazım olduğu təqdirdə tibbi maskalarla təmin edirlər. Həmçinin şəffaf arakəsmələri olmayan taksi minik avtomobilləri ilə şəhərlərarası (narıncı zonaya daxil olan bölgələr istisna) sərnişin daşınmasına izn verilmir".

S.Xankişiyeva

 

Paylaş:
821

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər