Respublika günü ilə əlaqədar olaraq Bakı Limanı maraqlı aksiya həyata keçirib – FOTO – VİDEO

28 May – Respublika Günü ilə əlaqədar olaraq Bakı Limanının quru yük terimanlında 54 konteynerdən istifadə olunaraq «AZƏRBAYCAN» sözü yazılıb.
Hər bir hərf 23 metrdən hündür olmaqla, 7 metrə yaxın bir ərazini əhatə edir. Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən #BizBirlikdəGüclüyük haştaqı, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompazisiyanı tamamalayıb.
Xatırlatmaq istərdik ki, #BizBirlikdəGüclüyük ümumrespublika kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub.
Reklam hüququnda
746