11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq

18:33 - 27 / 05 / 2020
11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq

30.05.2020-ci il tarixindən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən 1news.az-a bildirilib.

Qeyd edilən xətt üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu.

Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Hazırda isə bu xətt üzrə uzun müddətdir istismarda olan Daewoo markalı avtobuslar fəaliyyət göstərir. Dəyişiklik gündəlik 30 min nəfərə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək.

Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.

S.Xankişiyeva

 

Paylaş:
764

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər