Azərbaycanda koronavirusa yoluxanlar kəskin artır – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanlar kəskin artır – RƏSMİ

19:29 - 28 / 05 / 2020
Azərbaycanda koronavirusa yoluxanlar kəskin artır – RƏSMİ

Azərbaycan Respublikasında 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb vəevə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
810

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər