Mayın 31-dən idman yarışlarının təşkilinə icazə verilir - ŞƏRTLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Mayın 31-dən idman yarışlarının təşkilinə icazə verilir - ŞƏRTLƏR

17:43 - 29 / 05 / 2020
Mayın 31-dən idman yarışlarının təşkilinə icazə verilir - ŞƏRTLƏR

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan yaydığı məlumatda deyilir. Məlumata görə, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Qafar Ağayev

Paylaş:
715

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər