Maskadan istifadə etməməyə görə nə qədər cərimə olacaq?

Maskadan istifadə etməməyə görə cərimələrin miqdarı hələ dəqiqləşməyib, bununla bağlı qanun layhəsi Milli Məclisdə müzakirə olunur.
1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə maskalardan istifadə və sosial məsafənin qorunmasına ciddi nəzarət olacaq. Milli Məclis təsdiqlədikdən sonra cərimələrin miqdarı müəyyən olunacaq. Bu cərimələrdən qaçmaq mümkün olmayacaq.
Qafar Ağayev
745