Sumqayıtda iki yük maşını toqquşdu - Ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda iki yük maşını toqquşdu - Ölən var

11:08 - 30 / 05 / 2020
Sumqayıtda iki yük maşını toqquşdu - Ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “DAF” və “КамАz” markalı iki yük avtomobili toqquşub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАz” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az 

Paylaş:
655

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər