Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib - FOTO

11:50 - 30 / 05 / 2020
Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib - FOTO
Bu gün səhər saatlarından etibarən Bakı şəhərinin park və uşaq meydançaları, Nizami küçəsində Bakı Abadlıq Xidməti tərəfindən gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. 
 
1news.az xəbər verir ki, COVID-19 pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilər dezinfeksiya edilir.
 
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaları xəbərdarlıq edilir.
 
1news.az
Paylaş:
703

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər