Azərbaycanda şəhər mərkəzində qonur ayı göründü - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda şəhər mərkəzində qonur ayı göründü - FOTO - VİDEO

09:26 - 31 / 05 / 2020
Azərbaycanda şəhər mərkəzində qonur ayı göründü - FOTO - VİDEO

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

1news.az xəbər verir ki, bu barədə Şəki regional ekologiya idarəsi məlumat yayıb. Məlumata görə, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

Qafar Ağayev 

Paylaş:
1436

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər