Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıqda qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qafar Ağayev
693