Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

15:29 - 01 / 06 / 2020
Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

1news.az-a Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.azwww.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Qafar Ağayev

Paylaş:
470

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər