“Xoşbəxtlik” tablosunun balaca müəllifləri – FOTO – VİDEO

“Mərcan” və “Baku Roses” istehsalçıları Uşaqların Beynəlxalq müdafiəsi günündə də sevgiyə və qayğıya ehtiyacı olan azyaşlıları unutmadılar.
Bu əlamətdar gündə şirkət işçiləri uşaqlara bilik dünyasına yol açan gözəl kitablar, analara güllər və digər fərqli hədiyyə gətirdilər. Bağışlanan kitablar arasında uşaq ensiklopediyaları, əyləncə jurnalları, nağıl kitabları və pazllar var.
Bundan başqa sığınacağın kiçik sakinlərinə bir rəsm lövhəsi gətirdilər. Uşaqlar bu lövhədə onları xoşbəxt edən amilləri fərqli şəkillərlə təsvir etdilər. Təşkilatçılar balacaların iç dünyasını kəşf etməyə çalışaraq, onlara hisslərini boyalarla təsvir etməyə təkan verdilər.
“Onları xoşbəxt etmək üçün cox şey tələb olunmur – bir az sevgi, bir az şəfqət, bir az diqqət yetərlidir. Təmsilçisi olduğum şirkətlər öz sosial məsuliyyətini yerinə yetirərək bu qayğını göstərməyə həmişə hazırdır. Lakin, kaş elə bir gün olsun ki, bizim şəfqətimizə ehtiyacı olan uşaq qalmasın, hər bir fidan öz evində, öz ailəsində, öz yuvasında xoşbəxt olsun” - deyə, “Mərcan” istehsalçısının PR və Kommunikasiya meneceri Günay Əkbər bildirib.
Şirkət işçiləri bu uşaq gününü unudulmaz etməyə çalışdılar və buna müvəffəq oldular. Bu uşaqların gözlərindəki təbəssümdən görünürdü.
Reklam hüququnda