“Ekologiya postu” sökülür | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ekologiya postu” sökülür

10:08 - 01 / 06 / 2020
“Ekologiya postu” sökülür

Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. 

1news.az-a “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, postun yolun genişləndirilməsi üçün nəzərdə tutulan tədbir planına uyğun olaraq sökülməsinə qərar verilib.

Hazırda postun yerləşdiyi yerdən bir qədər kənarda yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.

Postun sökülməsindən sonra yolun genişləndirilməsi və həmin hissədə sürət həddinin artırılması nəzərdə tutulur. Bununla da Bakı-Sumqayıt yolunda tıxacların azalacağı planlaşdırılır.

1news.az

Paylaş:
521

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər