Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq etdi: Ciddi yoxlama olacaq

Dövlət İmtahan Mərkəzinin keçirəcəyi buraxılış imtahanında tibbi maskdan istifadə məcburi olacaq.
1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında deyib.
O bildirib ki, imtahan keçiriləcək binalara daxil olan abituriyentlərin tempraturu ölçüləcək.
“İmtahana girişlə bağlı müəyyən prosedurlar olacaq. Bununla bağlı videoroliklərin sabahdan yayımlanması nəzərdə tutulur. İmtahana giriş zamanı əvvəlcə abituriyentin hərarəti yoxlanılacaq. Hərarəti olanlar imtahana buraxılmayacaq. Binaların yanındakı həkimlər belə şəxslərlə məşğul olacaq. Abitiriyentlər elə fikirləşməsinlər ki, maskada gəlirlər deyə telefonu binaya keçirə biləcəklər. Bu, mümkün olmayacaq, ciddi yoxlama aparılacaq. Yarım saatdan bir binaya 40 nəfər dəvət ediləcək. Binaya buraxılış vərəqəsində yazılan vaxtda yaxınlaşmaq lazımdır. Biz istəmirik ki, binaların qarşısında insanlar toplaşsınlar”.
Qafar Ağayev