Abituriyentlər təhsil aldığı məktəbin yerləşdiyi ərazidə imtahan verəcək - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Abituriyentlər təhsil aldığı məktəbin yerləşdiyi ərazidə imtahan verəcək - RƏSMİ

11:29 - 01 / 06 / 2020
Abituriyentlər təhsil aldığı məktəbin yerləşdiyi ərazidə imtahan verəcək - RƏSMİ

“Bu il keçiriləcək buraxılış imtahanlarında hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək”.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə deyib ki,  imtahanların keçirilməsi üçün 1000-ə yaxın binada bina ayrılıb:

 “Hər gün ən azı, 4 növ imtahan kitabçası məzunlara təqdim ediləcək. Hər imtahan zalına bir nəzarətçi, hər 100 nəfərə bir imtahan rəhbəri ayrılacaq. Həmin şəxslərə müxtəlif təlimlər keçirilib və onlar artıq imtahanlara hazırdırlar”.

Qafar Ağayev

Paylaş:
502

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər